Yeni Azərbaycan Partiyasının 29 saylı Səbail seçki dairəsindən 30 yaşlı gənc xanım namizədi Aytən Hüseynovanı yaxından tanıyın.
Hüseynova Aytən Arif qızı 5 noyabr 1989-cu ildə Bakı şəhərində anadan olub. İxtisasca Filoloqdur. 2007- 2011-ci illərdə Bakı Slavyan Universitetində bakalavr, 2011-2014-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin magistr pilləsində təhsil alıb. Tələbə olduğu müddətdə “Heydər Əliyev” təqaüdçüsü olmuşdur. 2019-cu ildən etibarən Gəncə Dövlət Universitetinin Doktorantura pilləsində təhsil alır. 2009-cu ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən 2019-cu ildə “İlin gənci” mükafatı ilə təltif edilib. Qeyd edək ki, Aytən Hüseynova hal-hazırda Yeni Azərbaycan Partiyasının İcra Katibliyində Gənclər Birliyinin Baş ofisində koordinator vəzifəsində çalışır. Ailələdir, 1 övladı var.
İctimai.az