Yeni Bugatti hiperkarının təfərrüatları məlum olubbackend

2024-cü ildə Bugatti fransız brendinin tarixində ilk dəfə olaraq hibrid güc aqreqatı alacaq yeni hiperkarını təqdim edəcək. Bu barədə thesupercarblog.com məlumat yayıb. Avtomobil Chiron modelini əvəz edəcək.

Qeyd edilir ki, yeni hiperkar 500 km/saat sürət yığa biləcək. Chiron-un varisi atmosferli V16 mühərriki əsasında hibrid güc aqreqatı alacaq. Vahidin həcmi 8,3 litr, ümumi gücü isə 1800 at gücü olacaq.

Model haqqında ətraflı məlumat, o cümlədən onun adı premyera başlayana yaxın məlum olacaq.

Mənbə: thesupercarblog.com