Yeni Fələstin hökuməti and içibbackend

Məhəmməd Mustafanın rəhbərliyi ilə Fələstinin yeni hökuməti and içərək, rəsmi olaraq vəzifəsinin icrasına başlayıb. Bu barədə WAFA məlumat yayıb.

Agentliyin məlumatına görə, mərasim Fələstin Milli Administrasiyasının (PNA) inzibati mərkəzi olan Ramallahda prezident Mahmud Abbasın iştirakı ilə baş tutub. Dövlət başçısı qeyd edib ki, yeni hökumət texnokratlardan formalaşıb və onun yurisdiksiyası təkcə Şərqi Qüds və İordan çayının qərb sahilinə deyil, həm də Qəzza zolağına qədər uzanacaq.

Abbas yeni kabinetin prioritet vəzifələrini Qəzza sakinlərinə humanitar yardım göstərmək, köçkünlərin yaşadıqları ərazilərə qayıtmaq istəyində dəstəkləmək və anklavın tam yenidən qurulması kimi adlandırıb.

Mənbə: Haber.com