Yeni həftənin ilk gününün havası açıqlandıbackend

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, martın 2-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil ecəcək. Arabir yağıntılı olacağı gözlənilir.

Gündüz yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək. Havanın temperaturu gecə 4-6° isti, gündüz 6-9° isti, Bakıda gecə 4-6° isti, gündüz 7-9° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək – 762 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı şimal və şərq rayonlarında intensiv olacağı ehtimalı var. Günün ikinci yarısında qərb rayonlarından başlayaraq yağıntı tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman olacaq.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacaq.

İctimai.az