Pediatr Olqa Tatarkina maqnit konstruksiya dəstini yeni il üçün uşaq üçün ən təhlükəli hədiyyə adlandırıb. Onun sözlərini “İzvestiya” sitat gətirir.
“Yemək mümkün olmayan şeyləri dadmaq istəyi heç bir yaşda olan uşaqları tərk etmir. Əgər iki və ya daha çox top udulursa, onun çıxarılmasının çətinliyi və uşağın həyatı üçün təhlükə dəfələrlə artır”, o vurğulayıb.
Həkim bildirib ki, udulmuş toplar bağırsaq və mədə içərisində bir-birinə cəlb olunaraq bu daxili orqanların divarlarını zədələyə, hətta deşiklərin əmələ gəlməsinə səbəb ola bilər.
Mənbə: İzvestiya

