Yeni ildə yanıq xəsarətləri alan qadın bu gün xəstəxanada vəfat edibbackend

2024-cü ilin dekabrın 31-də Sumqayıtda ehtiyatsızlıq nəticəsində yanan 63 yaşlı qadın bu gün xəstəxanada ölüb.

İctimai.az “Report”a istinadən məlumat verir ki, hadisə şəhərin Kottec qəsəbəsində qeydə alınıb.

Belə ki, 1962-ci il təvəllüdlü Sahibə Hüseyn qızı Hüseynova evdə manqal qalayarkən ehtiyatsızlıq nəticəsində yanıb.

O dərhal xəstəxanaya çatdırılıb. Aparılan müalicələrə baxmayaraq, Sahibə Hüseynova bu gün xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.