Yeni medal təsis edilirbackend

Azərbaycanda yeni medalın təsis olunması haqqında qanun qəbul edilib.

Oxu.Az-ın məlumatına əsasən, Milli Məclisin iclasında “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirə olunub.

Dəyişikliklə “Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” medalı təsis olunur.

Layihə səsə qoyularaq qəbul olunub.