Caranddriver.com xəbər verir ki, Mercedes-Benz G-Class modeli əsasında yumşaq dam örtüyü olan kabriolet buraxacaq.
Üstü açıq olan Mercedes-Benz G-Class, Mercedes-Benz-in mövcud olduğu demək olar ki, bütün bazarlarda, o cümlədən ABŞ-da satışa çıxarılacaq. Lakin onun nə vaxt satışa çıxarılacağı və hansı xüsusiyyətlərə malik olacağı hələlik məlum deyil.
Portalın məlumatına görə, avtomobil böyük ehtimalla 2026-cı ildə debüt edəcək.
Bundan əvvəl məlum olub ki, yeni Dongfeng Huge ailə krossoverinin satışı Rusiyada başlayıb.
Model qızdırılan ön oturacaqlar, sükan çarxı və ön şüşə yuyan ucluqlar, həmçinin açarla uzaqdan mühərriki işə salma funksiyası ilə təchiz olunub. Multimedia ruslaşdırılıb və krossoverin kuzov elementləri korroziyaya qarşı emaldan və əlavə kataforetik sinklənmədən keçib.