Yeni nazir: “Azərbaycan idmanındakı çətinliklərlə bağlı məlumatımız var”backend

Azərbaycanın yeni gənclər və idman naziri Fərid Qayıbov kollektivə təqdim olunub.

“Report” xəbər verir ki, təqdimatı Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev edib.

PA rəsmisi təqdimat zamanı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən gənclər və idman siyasətindən danışıb.

Sonra yeni nazirlə bağlı tədbir iştirakçılarına geniş məlumat verib.

Daha sonra çıxış edən gənclər və idman naziri Fərid Qayıbov Prezident İlham Əliyevə göstərdiyi etimada görə təşəkkürünü bildirib:

“Prezident İlham Əliyev mənə çox böyük etimad göstərib. Hesab edirəm ki, bu, çox böyük məsuliyyətdir. Hamımızın Azərbaycan idmanında olan çətinliklərlə bağlı məlumatımız var. Biz bu işlərin birlikdə öhdəsindən gəlməliyik”.