“Yeni nəsil qızlar: təhsildə və həyatda uğura doğru” layihəsi “Azərbaycan Uşaqları” İctmai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ayırdığı qrant vəsaiti hesabına həyata keçirilməyə başlayıb.
Layihənin əsəs məqsədi erkən nikah, məişət zorakılığı və təhsildən yayınma problemlərinin həllinə töhfə verməyi hədəfləyir ki, bu da həmin problemlərin qarşısını almaq üçün inklüziv metodlarla qızların təhsilə və ictimai fəaliyyətlərə cəlb olunmasının əsas prioriteti hesab olunur.
İcra edilən layihənin vəzifələrinə gənc qızların maarifləndirilməsi və motivasiyasının artırılması, motivasiya təlimləri və Art terapiya və digər kreativ metodlarla onlarda özünəinam və fərdi inkişafı təmin etmək, yeniyetmə qızların həyatda uğur qazanmasında təhsilin rolunu göstərən modelin “7 uğurlu gözəl” adlı qısa videoçarxlarda əks etdirilməsi, eləcə də, 15 sentyabr bilik gününə həsr olunan “Özgə uşağı olmur” devizi altında uşaq və yeniyetmələr üçün Festivalının təkil edilməsi daxildir.
Fəaliyyətlər 4 ay müddətində Bakıda yaşayan və xüsusi qayğıya ehtiyacı olan, potensial erkən nikah, məişət zorakılığına məruz, təhsildən kənar qalan və hazırda reabilitasiya keçən yeniyetmə qızlar, Naxçıvan Muxtar Respublikda ərazisində islə Naxçıvan Qızlar Liseynin müdavimləri və eləcə də, Ordubad şəhər tam orta internat məktəbinin qız şagirdləri arasında olacaq.
Layihənin qarşıya qoyulan məqsəd və vəzifələrinin reallaşması erkən nikah, məişət zorakılığı və təhsildən yayınma ilə bağlı risklərin azalması, maariflənmiş və daha şüurlu yeniyetmə, valideyn və müəllim cəmiyyətinin formalaşması, gənc qızların özünəinam və ictimai fəallıqlarının artması, həmçinin layihədə istifadə olunan metodların uzunmüddətli təsir mexanizmlərinin yaradılmasını nəzərdə tutub.
Layihə bu ilin sentybrında başa çatacaq.