İnternetdə qarşıdan gələn büdcə smartfonları Nothing Phone 3a və 3a Pro-nun yüksək keyfiyyətli renderləri və texniki xüsusiyyətləri peyda olub.
Görüntülər Android Headlines portalı dərc edib.
Nothing Phone 3a-nın hər iki versiyası düz ekran və üçlü kamera ilə oxşar dizayn təklif edəcək. Əsas modeldə sensorlar üfüqi şəkildə yerləşdiriləcək, Pro versiyası isə periskop kamerası olan dairəvi modul alacaq. Şəkillərə əsasən, Nothing Phone 3a qara və ağ, Pro isə qara və boz rənglərdə mövcuddur.
Mənbəyə görə, Snapdragon 7s Gen 3 çipseti smartfonların işinə cavabdeh olacaq Nothing Phone 3a 8 və ya 12 GB RAM və 128 və ya 256 GB yaddaşa malik versiyalarda təqdim olunacaq. Nothing Phone 3a Pro 12 GB RAM və 256 GB daxili yaddaş təklif edəcək.