Carnewschina.com xəbər verir ki, Çin avtomobil nəhəngi Great Wall Motor yeni Ora 5 krossoverini təqdim edib.
Avtomobilin uzunluğu 4471 mm, eni 1833 mm və hündürlüyü 1641 mm, təkər bazası 2720 mm-dir. Ora 5 təkmilləşdirilmiş sürücü yardım imkanlarını təmin edən damda quraşdırılmış LiDAR skanerinə malikdir. Alıcılar beş xarici rəngdən: boz, ağ, qırmızı, mavi və bej, eləcə də üç daxili rəng: ağ, qəhvəyi və bozdan seçim edə biləcəklər.
Avtomobil 201 at gücü hasil edən tək elektrik mühərriki ilə işləyir. Maksimal sürət 170 km/saat ilə məhdudlaşdırılıb.
Ora 5-in satışa çıxarılma tarixi və qiyməti açıqlanmayıb.
Əvvəllər bildirilirdi ki, Çin avtomobil istehsalçısı BYD öz daxili bazarında taksi istifadəsi üçün E7 sedanının satışına başlayıb.