“Yeni Şafak” Türkiyədə prezident seçkiləri öncəsi dövlət çevrilişinin ola biləcəyini yazıbbackend

Türkiyənin Milli Kəşfiyyat Xidməti (MİT) müxalifətçilərin ölkədə keçiriləcək prezident seçkilərinə bir gün qalmış, mayın 13-də dövlət çevrilişi etmək niyyətində olduqlarını öyrənib.

Bu barədə “Yeni Şafak” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, mayın 13-də günortadan sonra dəniz piyadaları korpusunun mayoru S.T. MİT-in Çanaqqala bölgə idarəsinə baş çəkərək, respublikada 2016-cı ildə edilən çevrilişə cəhdin hazırlandığını bildirib.

MİT məlumatı çox ciddi qəbul etdi. Müvafiq bildirişlər Milli Müdafiə Nazirliyi və Baş Qərargah tərəfindən alınıb, prezident Rəcəb Tayyib Ərdoğanın administrasiyası da məlumatlandırılıb.

Bütün hərbi kazarma və bazalarda növbə ilə axtarış aparılıb. “Yeni Şafak” yazır ki, kazarmalara giriş məhdudlaşdırılıb.