Samsung iPhone 16 Pro-nu ələ salan yeni ultra nazik Galaxy S25 Edge smartfonu üçün reklam kampaniyasına başlayıb.
Bu barədə Rozetked məlumat yayıb.
Tanıtım kampaniyası çərçivəsində iki video yayımlanıb. Birincisi, Galaxy S25 Edge-in əsas rəqibindən nə qədər yüngül olduğunu vizuallaşdırmaq üçün balonlardan istifadə edərək cihazın çəkisinə diqqət yetirir.
İkinci video qalınlıq baxımından Samsung flaqmanının üstünlüyünü nümayiş etdirir – smartfon konveyer lentindəki maneələri uğurla dəf edir, iPhone isə yolun ortasında ilişib qalır.