Yeni təhsil mərkəzi – “ink academy” fəaliyyətə başladıbackend

“Dilinizi bilən biri” sloqanını əsas götürən “ink academy” hal-hazırda onlayn ingilis və rus dili tədrisi ilə məşğuldur. İngilis və rus dili öyrənmək istəyən şəxslər “ink academy” vasitəsilə bu məqsədlərinə çata bilərlər.
Karantin günlərində əksər təhsil mərkəzlərinin fəaliyyətini dayandırmasına baxmayaraq “ink academy” dil öyrənmək məqsədi olan hər kəsi arzusuna çatdırmağı planlayır.
Effektiv, praktiki və bir o qədər də əyləncəli tədris sistemi vasitəsilə ətrafımızda xarici dil bilməyən şəxslərin qalmamasını təmin etməyi “ink academy” qarşısına hədəf qoyur.
Həmçinin “ink academy” yalnız dil kursu axtaranlar üçün deyil, həmçinin dil öyrənmək istəyən hər kəs üçündür. Bloqlarımızın daimi oxucusu olmaqla özünüz öz müəlliminiz ola bilərsiniz.
“ink academy” loqotipi mürəkkəb və kitabın ümumi konsepsiyasından ilhamlanaraq hazırlanmışdır. Burada mürəkkəb simvolu bilik resurslarını, yəni, bizi əks etdirir.
Əgər “ink academy” haqqında ətraflı məlumat almaq istəyirsinizsə, bunun üçün bura – https://inkacademy.az/ daxil ola bilərsiniz.
Dilinizi bilən biri olaraq hər birinizin platformadan faydalandığını görmək bizi sevindirər.
Hər kəsə xeyirli-uğurlu olsun !

İctimai.az