Yeni təhsil platforması – “İxtisasçı” fəaliyyətə başladıbackend
  • “İxtisasçı” – Təhsil platforması fəaliyyətə başlayıb. 

İctimai.az xəbər verir ki, bu barədə platformanın təsisçisi Elşən Qəhrəmanov məlumat verib.

Əziz dostlar!

Uzun zamandır hazırladığımız platformamızı sizə təqdim edirik!

Bildiyiniz kimi son illərdə ixtisas seçiminin ödənişli olması geniş yayılmışdır. Bu isə həm büdcəmizə həm də psixoloji olaraq özümüzə təsir edir! Biz isə ötən 3 ildə etdiyimiz bu işi artıq layihə şəklində sizə təqdim etməyi düşündük. Biz ixtisas seçiminiz üçün ödəniş tələb etmirik. Bizim üçün əsas qazanc sizin sevinciniz, sizin nəticənizdir!

Bu bizim ilkin təqdimatımızdır, irəliləyən günlərdə sizi maraqlandıran bütün suallarla bağlı paylaşım edəcəyik. İndi isə sizin dəstəyinizlə cari ildə və qarşıdakı illərdə ixtisas seçimi edəcək olan şəxslərə və ya onların valideynlərinə çatmaqdır hədəfimiz.

Əlaqə vasitələri:

Email : [email protected]

Tel : +99451 903 309 0

İnstagram : https://instagram.com/ixtisaschi?igshid=1u701stos6rkv

Telegram : https://t.me/joinchat/OGihIxwNHQ4QRHJcUzb_DQ

Facebook : https://www.facebook.com/İxtisasçı-645615712718997/

#ixtisasçıbaşladı #ödənişsizseçim #doğruseçim #səntələbəolacaqsan

İctimai.az