Yeni Zelandiya Hizbullahı terror təşkilatı siyahısına salıbbackend

Yeni Zelandiya hökuməti Livanın radikal şiə hərəkatı “Hizbullah”ı terror təşkilatı kimi tanıyıb. Bu barədə RNZ radiostansiyası məlumat yayıb.

Baş nazir Kristofer Lakson hakimiyyətin Hizbullahı terrorçular siyahısına daxil etmək üçün bütün lazımi sübutlara malik olduğunu vurğulayıb. Bundan əlavə, bütün lazımi hüquqi prosedurlara əməl edilib.

Ölkənin baş prokuroru Cudit Kollinz də eyni məzmunda danışıb.

Öz növbəsində, Yeni Zelandiyadakı Fələstin Həmrəylik Şəbəkəsi təşkilatı hakimiyyətin qərarını kəskin şəkildə pisləyib. Bəyanatda qeyd edilir ki, Yeni Zelandiya hakimiyyəti İsrailin Yaxın Şərqdə törətdiyi hərbi cinayətləri pisləməkdən imtina edir.