Yeni Zelandiya İran vətəndaşlarına və bizneslərinə qarşı yeni sanksiyalar elan edib.
Bu barədə TASS xarici işlər naziri Nanaya Maxutaya istinadən məlumat yayıb.
Rəsmi Vellinqtonun sözlərinə görə, yeni sanksiyalar Rusiyaya dronların tədarükü ilə bağlı iddia edilən vətəndaşlara və təşkilatlara, həmçinin ötən ilin payızında ölkədə baş vermiş etirazların yatırılmasına cavabdeh olanlara təsir edəcək.
Yeni sanksiya siyahısına silahların hazırlanması və istehsalı ilə bağlı müəssisələrin rəhbərləri, həmçinin İran Hərbi Hava Qüvvələrinin komandanı Məhəmməd Ələvi daxildir.
Mənbə: TASS
İctimai.az
