Yeni Zelandiyada seçkilərdə sağ mərkəzçilər qəlib gəldibackend

Yeni Zelandiyada sağ mərkəzçi Milli Partiya (MP) ümumi seçkilərdə təxminən 39% səslə qalib gəlib. Hazırkı baş nazir, İşçi Partiyasının lideri Kris Hipkins məğlubiyyətini etiraf edib və MP lideri Kristofer Luksonu qələbə münasibətilə təbrik edib. Təxminən 27% səs ilə leyboristlər ikinci yerdədirlər.

Milli Partiyanın çoxdankı müttəfiqləri olan ACT Partiyasının sağçı Liberalları ilə koalisiya quracağı gözlənilir.

Xatırladaq ki, Leyboristlər Partiyasının populyarlığı koronavirus pandemiyasından çox aşağı düşdü. Seçicilər pandemiya zamanı artan qiymətlər və sərt məhdudlaşdırıcı tədbirlərə görə onları bağışlamadılar.

Yanvar ayında o vaxtkı Leyboristlər Partiyasının lideri və Yeni Zelandiyanın baş naziri Casinda Ardern gözlənilmədən istefa verdiyini elan etdi. Həmin vaxt Ardernin yerini daha sonra hökumətdə COVID-19 pandemiyası ilə mübarizəyə cavabdeh olan Kristofer Hipkins tutdu.

Lukson yaşayış xərclərini aşağı salmağa, qanun-qaydanı bərpa etməyə, səhiyyə və təhsil səviyyəsini yaxşılaşdırmağa söz verdi.

Mənbə: Euronews