Carnewschina.com xəbər verir ki, yenilənmiş Tank 400 yolsuzluq avtomobili Çində debüt edib.
Hazırkı modellə müqayisədə yeni Tank 400 21 mm qısa, 10 mm daha geniş və 5 mm hündürdür, təkər bazası isə dəyişməz olaraq qalır. Yeni bamper də əlavə edilib.
İnteryerdə daha çox teksturalı metal elementlər, genişləndirilmiş mühit işıqlandırması var və ötürmə seçicisi tuneldən çıxarılıb, isitmə, havalandırma və tam ötürücü sistem üçün idarəetmə paneli ilə əvəz edilib.
Yenilənmiş Tank 400 408 at gücü və 877 at gücünə malik iki hibrid versiyada mövcuddur.
Bundan əvvəl Çin avtomobil istehsalçısı BYD-nin öz daxili bazarında taksi istifadəsi üçün nəzərdə tutulmuş E7 sedanının satışına başladığı elan edilmişdi.