Yer kürəsində güclü maqnit qasırğası başladı. Bu barədə TASS Tətbiqi Geofizika İnstitutunun (FGBU IPG) mütəxəssislərinə istinadən məlumat yayıb.
Hazırda planetin maqnit sahəsində pozulma dərəcəsi beş göstəricinin monitorinq şkalasına görə G3 – “güclü”dür.
Qeyd olunur ki, indiki səviyyədə enerji sistemlərində problemlər yarana bilər.
Mənbə: TASS