Yerdə baş verən maqnit qasırğası yüksək G3 səviyyəsinə çatıb. TASS bu barədə Tətbiqi Geofizika İnstitutuna istinadən xəbər verir.
Alimlər qeyd ediblər ki, G3 səviyyəsi (Kp = 6,67) altı saat ərzində qeydə alınır.
Yerin maqnit sahəsinin pozulması beş səviyyəli miqyasda ölçülür, burada G1 ən zəif pozuntuya, G5 isə ən güclü maqnit qasırğasına uyğundur. Səviyyə G2-dən aşağıdırsa, maqnit sahəsinin pozulması heç bir ciddi nəticələrə səbəb olmur.
Mənbə: TASS