Yer kürəsi son üç ayın ən güclü maqnit qasırğasını yaşayır.
Bu barədə Kosmik Tədqiqatlar İnstitutunun (İKİ) Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.
“Yer kürəsində güclü maqnit qasırğası müşahidə olunur – G3-ə yaxın səviyyə”, – nəşr yazır.
Alimlər izah ediblər ki, bu, planetin sentyabrın 14-də gecə yarısı radələrində sərhədini keçdiyi böyük tac dəliyinin zonasına daxil olması nəticəsində günəş küləyinin sürətinin nəzərəçarpacaq dərəcədə artması fonunda baş verir.
Qeyd olunur ki, bu fırtına, ümumiyyətlə, bir neçə gün əvvəl proqnozlaşdırılsa da, onun gücü hesablamaları aşaraq gözlənilməz olub.
“Bütün agentliklər G1 ətrafında öz proqnozlarında maksimum səviyyələr müəyyən ediblər. Dünya kataloqlarına əsasən, sonuncu dəfə bu ilin 1-2 iyun tarixlərində müqayisə edilə bilən və daha böyük intensivlikli hadisə baş verib”, – ekspertlər əlavə ediblər.