Yevlaxda ağır qəza: Ölən və yaralılar varbackend

Yevlaxda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub.

Lent.az-ın məlumatına görə, hadisə Malbinəsi kəndində qeydə alınıb.

34 yaşlı Məhərrəmov Pərvin Çərkəz oğlunun idarə etdiyi VAZ-2106 markalı avtomobillə 42 yaşlı Səfərov Samir Tofiq oğlunun idarə etdiyi “Nissan Maxima” markalı avtomobil toqquşub.

Nəticədə VAZ-2106-nın sərnişini, 56 yaşlı Məhərrəmova Həqiqət Qanboy qızı yerindəcə keçinib.

Avtomobildə olan sərnişinlər – 53 yaşlı Cabbarov Nizami Alıkişi oğlu, 51 yaşlı Əlizadə Nəzakət Qanboy qızı və hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.