Yevlaxda idarəetmədən çıxan avtomobil aşdıbackend

Yevlax rayonunun Əkşəm kəndi yaxınlığında idarəetmədən çıxaraq aşan avtomobildə xəsarət alan şəxsin son vəziyyəti açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, iyunun 16-sı, saat 18:00-da yol-nəqliyyat hadisəsi ilə əlaqədar bir nəfər (kişi cinsli) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

“1989-cu il təvəllüdlü pasiyentə kəllə-beyin travması, alt çənənin kəsilmiş yarası diaqnozları təyin edilib və zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti stabil olan şəxs ambulator müalicə üçün evə buraxılıb”, – deyə məlumatda bildirilir.