Yevlaxda qəza – Türkiyə vətəndaşı yaralandıbackend

Yevlaxda yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az “Unikal”a istinadən xəbər verir ki, “Chevrolet” və “Volkswagen” markalı avtomobillərin toqquşması nəticəsində biri qadın olmaqla iki nəfər müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya aparılıb.

Yaralılardan biri Türkiyə vətəndaşıdır.

Faktla bağlı araşdırma başlanıb.