Yığmamız seçmə mərhələyə məğlubiyyətlə başladı – FOTO/VİDEObackend

Futbol üzrə Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsində ilk oyununu keçirib.

A qrupunda yer alan millimiz İtaliyanın Turin şəhərindəki “Yuventus” stadionunda Portuqaliya yığması ilə qarşılaşıb. Oyun portuqalların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Millimiz matçın birinci hissəsində qol buraxsa da, ikinci hissədə daha yaxşı oyun nümayiş etdirib. Oyunun ən seçilən futbolçusu isə qapıçı Şahruddin Məhəmmədəliyev hesab oluna bilər. O bir neçə çətin epizodda millimizi sözün əsl mənasında xilas edib.

Qeyd edək ki, oyunda vurulmuş yeganə qol Maksim Medvedevin ayağına yazılmış avtoqol olub.