Yol Polisindən yağışlı hava ilə bağlı sürücülərə MÜRACİƏTbackend

Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində hava şəraiti ilə bağlı növbəti dəfə sürücülərə müraciət edib.

BDYPİ-nin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev açıqlamasında bildirib ki, yollarda yarana biləcək yol qəzalarının və digər xoşagəlməz halların qarşısının alınması üçün sürücülər avtomobil idarə edərkən daha diqqətli olmalıdır:

“Sürət həddini hava şəraitinə uyğun seçilməli, kəskin tormozlama, zərurət olmadan ötmə və digər manevrlər etmək yolverilməzdir. Sürücülər yağışlı havalarda su gölməçələrindən keçərkən ehtiyatlı olmağı unutmasınlar”.

İctimai.az