Yoxlanışdan sonra qadına mesaj yazan polis işdən çıxarıldıbackend

Xəbər verdiyimiz kimi, bir neçə gün bundan əvvəl Sevda Mahmudova adlı sosial şəbəkə istifadəçisinin polis əməkdaşı tərəfindən şəxsi məlumatlarının əldə edilməsiylə bağlı Daxili İşlər Nazirliyi tərəfindən araşdırma başlanılmışdı. 

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, araşdırma nəticəsində sözügedən polis əməkdaşı Zahir Abbasov Daxili İşlər orqanlarından xaric edilib.

DİN-in mətbuat xidmətindən faktı saytımıza təsdiqləyiblər.

Qeyd edək ki, S. Mahmudova şikayətində bildirmişdi ki, “Koroğlu” metrosundakı keçiddən çıxarkən Zahir Abbasov adlı polis əməkdaşı onun şəxsiyyət vəsiqəsinə baxdıqdan sonra məlumatlarını yaddaşda saxlayıb və daha sonra həmin şəxs ona messenger vasitəsilə şəxsi xarakter daşıyan mesaj yazıb.

İctimai.az