“Yüksəliş” müsabiqəsində iştirak edənlər arasında kütləvi zəhərlənmə – Fotobackend

Bugün “Yüksəliş” müsabiqəsi çərçivəsində növbəti mərhələyə start verilib, lakin sona çatmayıb.

İctimai.az xəbər verir ki, müsabiqə çərçivəsində 2-ci mərhələ başladıqdan bir az sonra dayandırılıb. Səbəb isə müsabiqə iştirakçılarına təqdim olunan yeməklərdən sonra iştirakçıların özlərini pis hiss etməsi olub.

Bununla bağlı müsabiqədə iştirak edənlər sosial şəbəkədə paylaşım ediblər.

Müsabiqə təşkilatçıları məsələ ilə bağlı rəsmi olaraq təsdiq və ya təkzib etməyib.