Yumurtanın qabığı da özü qədər faydalıdır.
İctimai.az bununla bağlı məlumatları sizə təqdim edir.
Yumurta qabığının müxtəlif istifadə üsulları bunlardır:
Üz maskası: Yumurta qabığını əzin və yumurta ağı ilə qarışdırın. Bu qarışığı üzünüzə çəkin və quruyana qədər gözləyin. Quruduqdan sonra üzünüzü ilıq su ilə təmizləyə bilərsiniz.
Boruların tıxanmasının qarşısını alır Yumurta qabıqlarınızı süzgəcinizin üstünə qoyun. Yerləşdirdiyiniz qabıqlar tıxanmağa səbəb olacaq bərk materialların süzgəcdən keçməsinin qarşısını alacaq.
Qazan-çaydan təmizliyi: Yumurta qabığınızla qabların və çaydanların dibini təmizləyə biləcəyinizi bilirdinizmi? Bunu edərkən qab sabunundan da istifadə edə bilərsiniz.
Çiçəklərinizin torpağına qoyun Yumurta qabığı kalsium və digər minerallarla zəngin olduğu üçün çiçəklərinizin torpağına qoyacağınız yumurta qabıqları gübrə effekti yaradacaq.
Qəhvənin acısını alır Maşın qəhvəsindən acı bir dad alırsınızsa, aparatınızın qəhvə qoyduğunuz hissəsinə yumurta qabığı qoyun ki, aldığınız acı dad yox olsun.
Çamaşırları ağardır Yumurta qabığını parça torbaya qoyun və ağları ilə birlikdə paltaryuyan maşına atın. Ağlarınızın daha ağ olduğunu görəcəksiniz.
Qaşıntılara yaxşı gəlir Alma sirkəsi və yumurta qabığı ilə hazırlayacağınız qarışığın qızartı və qaşınmaya yaxşı gəldiyi məlumdur.















