Yunanıstan MOK 2024-cü il Olimpiadasının boykot edilməsinə qarşıdırbackend

Yunanıstanın Milli Olimpiya Komitəsinin (MOK) rəhbəri Spiros Kapralos bildirib ki, təmsil etdiyi qurum Rusiya idmançılarının iştirak edəcəyi təqdirdə 2024-cü il Olimpiadasını boykot etmək fikrində deyil.

Bu barədə İctimai.az Insidethegames-a istinadən xəbər verir.

“Yunanıstan dirçəlişdən bəri bütün Oyunlarda iştirak edib, Olimpiya Oyunlarının müasir tarixində heç bir boykotda iştirak etməyib və Olimpiya Xartiyasına hörmətlə yanaşır. İdman və olimpizm siyasətlə əlaqələndirilməməlidir və Olimpiya Oyunlarının boykot edilməsi ilk növbədə idmançılara təsir edəcək. Ona görə də biz idmançılara qarşı hər hansı ayrı-seçkiliyin əleyhinəyik”, – Kapralos bildirib.

Mənbə: Insidethegames

İctimai.az