Yunanıstan vətəndaşı Müqəddəs Georgi lentinə hörmətsizlik etdiyi üçün məhkum edilibbackend

Məhkəmə Yunanıstan vətəndaşı Eleni Qriqoriadini Qələbə simvollarını təhqir etdiyinə görə cinayət işi üzrə təqsirli bilib.

Bu barədə Krasnodar diyarı məhkəmələrinin mətbuat xidməti məlumat yayıb.

O, sosial şəbəkədə Müqəddəs Georgi lentindən və Əbədi Alovdan istifadə edərək təhqiredici kollajlar yerləşdirib.

“Məhkəmə bütün halları nəzərə alaraq, xarici dövlətin vətəndaşı olan Qriqoriadini 1 il şərti cəzaya məhkum edib”, – deyə məlumatda bildirilir.

Təqsirləndirilən şəxs günahını etiraf edib və peşman olub.