Yunanıstanın keçmiş baş naziri Avropa seçkilərinin nəticələrini xalqın üsyanı adlandırıbbackend

Yol ayrıcında olan Avropa liderləri xalqların üsyanı ilə üz-üzə olduqlarını dərk etməlidirlər. Bu barədə ölkə hökumətinin keçmiş rəhbəri Antonis Samaras Yunanıstanın ictimai televiziyasına müsahibəsində bildirib.

Siyasətçi qeyd edib ki, Avropada keçirilən son seçkilər son dərəcə əhəmiyyətli olub. Vətəndaşların seçki məntəqələrində fəallığının aşağı olması Avropanın həqiqətən də yol ayrıcında olduğunu göstərir.

Samaras vurğuladı ki, onun “kapitanları” “ekipajlarının üsyanı” təhlükəsi altında olduqlarını başa düşməlidirlər. O, Fransa seçkilərinin nəticələrini mümkün üsyanın sübutu adlandırıb.

Mənbə: Gazeta.ru