Avropa İttifaqı özünün təsis ideallarından imtina edərək hərbi ittifaqa çevrilib. İqtisadçı və Yunanıstanın keçmiş maliyyə naziri Yanis Varufakis bunu Britaniyanın UnHerd portalındakı podkastda bildirib.
Keçmiş nazir bildirib ki, Böyük Britaniyanın 2016-cı il Brexit referendumundan sonra Avropa İttifaqına baxışları dəyişib. Onun fikrincə, Aİ zamanla o vaxtkıdan daha az demokratikləşib.
“2016-cı ildə, mən [Böyük Britaniyanın] Aİ-dəki üzvlüyünü könülsüz dəstəklədiyim zaman, Avropa İttifaqının güclənə, demokratikləşə və öz bölgəsində xeyirxah qüvvəyə çevrilə biləcəyinə dair – kiçik də olsa – hələ də bir ümid var idi. Lakin tam əksi baş verdi. Sülh layihəsi kimi başlayan şey hərbi ittifaqa çevrildi”, – deyə o qeyd edib.















