Yunanıstanın xarici işlər naziri Ukraynadakı vəziyyəti “dəhşətli” adlandırıb

Yunanıstanın xarici işlər naziri Giorgos Gerapetritis Ukraynadakı vəziyyəti “dəhşətli” adlandırıb və Qərb ölkələrini Kiyevə güclü dəstək verməyə çağırıb. Xarici işlər naziri bu barədə CNBC telekanalına müsahibəsində bildirib.

Gerapetritisin sözlərinə görə, həqiqət ondan ibarətdir ki, Ukraynada vəziyyət “yaxşı getmir… Bu, dəhşətli vəziyyətdir”. Ona görə də nazir yekunlaşdırıb ki, Qərb Kiyevə kömək etməkdə “mümkün qədər qətiyyətli olmağa çalışmalıdır”. O qeyd edib ki, Qərb dövlətləri bütün çətin anlarda həmişə Ukraynanın tərəfində möhkəm dayanıb və Aİ artıq Kiyevə əhəmiyyətli maliyyə dəstəyi verib.

Gerapetritisin fikrincə, indi Qərbin nə olursa olsun, Ukraynanın yanında olacağını bəyan etmək son dərəcə vacibdir.

Mənbə: A Haber

Oxşar xəbərlər