Əksəriyyətinin yaşı 60-dan yuxarı olan 1167 Rusiya Federasiyası vətəndaşı Latviyadan deportasiya olunmaqla hədələnib.
Bu barədə LETA agentliyi Latviyanın Vətəndaşlıq və Miqrasiya Məsələləri İdarəsinə (OCMA) istinadən xəbər verir.
Bərabər sayda qadın və kişilərin ölkədən çıxarılmasının planlaşdırıldığı dəqiqləşdirilir. Artıq 46 nəfər ölkəni tərk edib.
“Latviyadan deportasiya İmmiqrasiya Qanununa edilən dəyişikliklərin tələblərinə əməl etməyən vətəndaşları təhdid edir”, – nəşr yazır.
Həmçinin, deportasiya Latviyada yaşamaq üçün müraciət etməyənləri və Latviya dili imtahanından keçməyənləri hədələyir.
Mənbə: Sputnik
