Bakı şəhərinin Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən avtomobil təmiri sexində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində tam söndürülüb.
Oxu.Az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
“Yanğın nəticəsində ümumi sahəsi 400 kvadratmetr olan ikimərtəbəli obyektin 1-ci mərtəbəsində ümumi sahəsi 60 kvadratmetr olan avtomobil təmiri sexinin yanar konstruksiyaları, BMW markalı minik avtomobilinin yanar hissələri, bitişik ümumi sahəsi 20 kvadratmetr olan birotaqlı evin və sahəsi 6 kvadratmetr olan yardımçı tikilinin tavanı ümumilikdə 12 kvadratmetr sahədə, obyektin 2-ci mərtəbəsində yerləşən tikiş sexinin yanar konstruksiyaları 10 kvadratmetr sahədə yanıb.
Obyektin, evin və yardımçı tikilinin qalan hissəsi yanğından mühafizə olunub” , – məlumatda qeyd olunub.