Zakir Həsənov Rusiya sülhməramlılarının yeni komandanını qəbul edibbackend

Mayın 4-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin yeni komandanı general-polkovnik Aleksandr Lentsovu qəbul edib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildikləri Qarabağ iqtisadi rayonundakı əməliyyat şəraiti müzakirə olunub.