Zambiya iki cadugəri prezidentə qarşı qara sehrdə ittiham edibbackend

Zambiya məhkəməsi iki nəfəri ölkə prezidenti Hakainde Hiçilemaya qarşı sui-qəsddə cadugərlikdən istifadə etməkdə təqsirli bilib, Guardian qəzeti yazır.

Kənd başçısı Leonard Phiri və Mozambik vətəndaşı Castin Mabulesse Kandunde 2024-cü ilin dekabrında həbs ediliblər.Axtarış zamanı onların üzərində canlı buqələmun, heyvan quyruğu, qırmızı parça və naməlum ağ toz şəklində “cadugərlik amuletləri” aşkar edilib.

Prokurorlar bildiriblər ki, müttəhimlər bir sıra ağır cinayətlər törətməkdə şübhəli bilinən tanınmış müxalifətçi siyasətçi Emmanuel “Cey Cey” Bandanın qardaşı tərəfindən işə götürülüb.

Hakim Fine Maiambu vurğulayıb ki, cinayətin motivi dövlət başçısına sui-qəsddir və buna görə də müttəhimlər təkcə Hiçilemanın deyil, həm də bütün Zambiya xalqının düşmənləridir. Phiri və Kandunde Britaniyanın müstəmləkə dövründəki Cadu Aktı ilə iki il ağır işlərə məhkum edildi.