Zaporojye şəhərində partlayışlar baş veribbackend

Ukrayna hakimiyyətinin nəzarətində olan Zaporojye şəhərində partlayışlar baş verib. Bu barədə Ukraynanın “Zerkalo Nedeli” nəşri məlumat yayıb.

Bundan əvvəl Kiyevdə və Ukraynanın Kiyev vilayətində hava xəbərdarlığının elan edildiyi bildirilirdi. Bazar ertəsi, avqustun 21-i axşam Ukraynanın Sumı və Çerniqov vilayətlərində də hava hücumu xəbərdarlığı elan edilib. “Klymenko Time” nəşrinin məlumatına görə, partlayışlar Sumı vilayətində baş verib.

Avqustun 20-də Kiyevin nəzarətində olan Xersonda mühüm infrastruktur obyekti zədələnib.

Mənbə: Haberler Global