Zaporojye vilayətinin Ukraynanın nəzarətində olan ərazilərində partlayış səsləri eşidilib.
Bu barədə Ukraynanın “Zerkalo Nedeli” qəzeti yazır.
Əhalinin xəbərdar edilməsi üzrə rəsmi resursun onlayn xəritəsinə əsasən, bu ərazilərdə hava hücumu xəbərdarlığı elan edilib.
Bir gün əvvəl Ukraynanın Xmelnitski vilayətinin regional hərbi idarəsi partlayışlar barədə məlumat vermişdi. Partlayış səsləri Ukraynanın Jitomir vilayətində də eşidilib.
Mənbə: Lenta.ru













