Mingəçevirdə baş verən qətlin təfərrüatı məlum olub.
Belə ki, hadisə şəhərin Günəşli yaşayış massivində qeydə alınıb.
Mərhumun qohumunun sözlərinə görə, qətl zarafat üstündə törədilib.
“Cinayəti edən öz dostudur, İçində güllə olduğunu bilməyiblər”.
Qeyd edək ki, ötən gün saat 22 radələrində şəhər sakini, 1983-cü il təvəllüdlü Aqil Əhmədovun tir tüfəngindən açılan atəş nəticəsində ölməsi barədə polisə məlumat daxil olub. A.Əhmədova tir tüfəngindən atəş açmaqda şübhəli bilinən Sadiq Yusifov saxlanılıb.