Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib ki, BMT Təhlükəsizlik Şurasının silahların nəzarətsiz yayılması ilə mübarizə üzrə iclası Rusiyanı gözdən salmaq məqsədi daşıyan “siyasi demaqogiyaya” gətirib çıxarıb.
Onun şərhi ilə nazirliyin saytında tanış olmaq olar.
Zaxarovanın sözlərinə görə, müzakirəyə qoşulan Təhlükəsizlik Şurasının əksər üzvləri və BMT-yə üzv olan digər ölkələrin nümayəndə heyətləri “Qərb üçlüyü”nün nümayəndələri tərəfindən “məsuliyyətsiz siyasi demaqogiyaya endirilən” məzmunlu söhbətə hazırlanıblar.
Mənbə: TASS
İctimai.az
