Zaxarova BOK meyarlarını dünya idmanını məhv etmək üçün ümumi siyasətin elementi adlandırıb

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiya idmançılarının beynəlxalq yarışlara buraxılması ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinin (BOK) kriteriyaları ilə bağlı fikirlərini bölüşüb.

“Bu, təəssüf ki, dünya idmanını məhv etmək üçün ümumi siyasətin elementidir.

Müşahidə etdim ki, Rusiya idmançılarının tamamilə kənarda qalmasını tələb edən bir çox Qərb dövlətləri hətta BOK-un bu bəyanatından narazı qalıblar.

Anti-Rusiya siyasətinin əsasında hansı dağıdıcılıq ideologiyasının dayandığını başa düşürsünüz. Bu, ədalətsiz rəqabət kimi başladı, indi artıq quduz rusofobiya kateqoriyasına keçir, Rusiyanı ləğv etmək cəhdi “dedi Zaxarova.

İctimai.az

Oxşar xəbərlər