Zaxarova NATO-nu Ukrayna Silahlı Qüvvələrinin nüvə obyektlərinə hücumları barədə məlumatları gizlətməkdə ittiham edibbackend

NATO-ya üzv ölkələr Ukrayna qoşunlarının nüvə obyektlərinə hücumları barədə məlumatı məqsədli şəkildə ictimaiyyətdən gizlədirlər. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Rossiya 24” telekanalının efirində bildirib.

“Düşünürəm ki, bu, Kiyev rejimindən nüvə obyektləri ilə bağlı gələn təhdidlər barədə öz ictimaiyyətini məlumatlandırmamaq üçün NATO ölkələrinin düşünülmüş siyasətidir”, – diplomat bildirib.

O, əlavə edib ki, Şimali Atlantika Alyansı dövlətləri bu cür obyektlərin atəşə tutulması barədə məlumatı istənilən yolla vətəndaşlardan gizlətməyə çalışır. Belə ki, departamentin nümayəndəsi bu yaxınlarda Kursk vilayətində Atom Elektrik Stansiyasına (AES) edilən hücumu şərh edib.

Mənbə: Lenta.ru