İstilik idarəetmə sistemi nasaz olan “Proqres MS-21” kosmik gəmisinin orbitdən çıxarılması təxirə salınıb.
Bu barədə Roskosmosun Telegram kanalında məlumat verilib.
Dövlət korporasiyasının hesabatında qeyd olunur ki, “Proqres MS-21” yük gəmisinin xarici səthinin tədqiqi Beynəlxalq Kosmik Stansiyanın (BKS) Poisk modulundan çıxarıldıqdan sonra aparılıb. Vizual ziyan aşkar edilməyib.
“Proqres MS-21-in orbitdən çıxarılması təxirə salınıb. Bu gün Dövlət Komissiyası kosmik gəminin gələcək uçuş proqramı ilə bağlı qərar qəbul edəcək”, – Roskosmos bildirib.
Mənbə: Lent.ru
İctimai.az

