Zeekr, Rolls-Royce kimi yolsuzluq avtomobilini nümayiş etdiribbackend

Zeekr öz flaqman hibrid SUV 9X-i təqdim etdi.

Bu barədə carnewschina.com məlumat yayıb.

Xarici olaraq, SUV Rolls-Royce Cullinan-a bənzəyir. Avtomobil şaquli relsli xrom radiator barmaqlığı, iki səviyyəli ön optika, relyef kapotu, qeyri-adi formalı arxa fənər və panoramik dam ilə təchiz olunub.

Şirkət texniki xüsusiyyətlərini daha sonra, Şanxay avtosalonun açılışında açıqlayacağını vəd edir. Hələlik brendin nümayəndələri yalnız qeyd ediblər ki, 100 km/saat sürətlənmə üç saniyədən az vaxt aparacaq.

Bundan əvvəl məlum olub ki, Jetour Çində yenilənmiş X90 Plus 2025 model ili krossoverinin satışına başlayıb.