Zəfər paradı Azərbaycan xalqının yurd sevgisi uğrunda mübarizəsinin göstəricisi idi – Anar Məmmədovbackend

“27 sentyabr 2020-ci il tarixi böyük tarixi keçmişə malik olan müasir Azərbaycanımızın şanlı zəfər səhifəsinin başlanğıcıdır. Zəfər Qələbəmiz təkcə torpaqlarımızın işğaldan azad olunması demək deyil. 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan xalqı bir xalq kimi formalaşdı, tarix boyu özünün həmrəyliyinin ən yüksək həddini nümayiş etdirdi. Bu həmrəylikdən, inam və dəstəkdən güc alan Azərbaycan əsgəri qısa zaman ərzində ağlasığmaz dərəcədə rəşadət, hünər, döyüş ruhu, əzmkarlıq nümayiş etdirərək güclü beynəlxalq dəstəyə sahib olan, məkrli düşməni darmadağın etdi.”

Bu fikirləri “Yeni Gündəm”ə açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.

Deputat qeyd edib ki, 10 dekabr 2020-ci il tarixində Bakıda keçirilən Qələbə paradı dünya tarixində II Dünya müharibəsindən bəri Sovetlər İttifaqının faşizm üzərində qələbəsindən sonra keçiridiyi ilk qələbə paradıdır: “Zəfər paradı Azərbaycan xalqının 30 illik torpaq, yurd sevgisi uğrunda mübarizəsinin göstəricisi idi. Paradda müasir texnika və yüksək döyüş bacarığına malik canlı qüvvənin nümayişi ordumuzun dünyanın ən güclü ordularından biri olduğunun göstəricisi idi. Paradda diqqət çəkən məqamlardan biri isə dünyaya bir mesaj kimi ünvanlanan qardaş Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğanın və türk hərbçilərinin iştirakı idi. Sevindirici haldır ki, Türkiyənin dəstəyini təkcə ölkə rəhbərindən, müdafiə naziri və xarici işlər naziri tərəfindən deyil, digər vəzifəli şəxslər və ümumilikdə bütün türk xalqının hər bir nümayəndəsindən gördük. Bu isə bütün dünyaya haqq savaşında Azərbaycanın tək olmaması barədə verilən siqnal idi.”

A.Məmmədov bildirib ki, Zəfər paradı zamanı düşmənin atıb qaçdığı və döyüş meydanında məhv edilən yüzlərlə texnikasının nümayişi erməni xalqının tarixində bir rəzalət, utanc kimi yadda qaldı: “Çıxışı zamanı Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qətiyyətlə bildirdi ki:  “Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Bizim azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq… Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik.” Zəfər paradı göstərdi ki, Torpağı, müstəqilliyi, azadlığı uğrunda mübarizə aparan xalqı müharibə ilə, silah ilə, zəlzələ ilə, tufan, şaxta ilə qorxutmaq olmaz, bu cür xalq üçün  dünyanın sonu yalnız inam sona

çatanda olur. Bizim xalq isə həmişə Azərbaycan Prezidenti cənab İlham Əliyevə inanıb. Həmrəyliyimiz sübut etdi ki, İlham Əliyev xalqın seçimidir, amma düşmən ölkənin başçısı sadəcə kiçik, cinayətkar bir kütlənin məhsuludur.”

Milli Məclisin deputatı vurğulayıb ki, torpaqlarımızın işğalı Əsrin faciəsi idisə, azad edilməsi Əsrin Qələbəsi kimi tarixə yazıldı: “Əsrin faciəsindən Əsrin qələbəsinə gedən yol bizi daha da mətin etdi. Bir xalq kimi birləşməyə, həmrəyliyə səslədi. Vətən müharibəsində Ali Baş Komandanın ətrafında xalqın həmrəyliyi, birləşməsi bütün dünyaya bir nümunə oldu. Bundan sonra bizləri daha gözəl, firavan günlər, inkişaf mərhələsi gözləyir.”