“Zəfərim Qarabağ” adlı video-konfrans tədbir keçirildi – FOTObackend

17 iyun 2021-ci il tarixində Azərbaycan Gənclik Platformasının təşkilatçılığı ilə “Zəfərim Qarabağ” adlı video-konfrans tədbir keçirilib.

İctimai.az xəbər verir ki, tədbir Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətinin Dövlət Himnlərinin səsləndirilməsi ilə açıq elan edilib.

Tədbirin təşkilatçılığını həyata keçirən Azərbaycan Gənclik Platformasının sədri, Beynəlxalq Avrasiya Mətbuat Fondunun əməkdaşı Fariz Vəliyev tədbir iştirakçılarını salamlayaraq, çıxış üçün ilk sözü AZTV-nin bölgə müxbiri Elnur Tofiqə verib.

O, 44 gün ərzində yaşadığı xatirələrdən danışaraq bildirib ki, ermənilər nəyin ki, mülki obyektlər, hətta tibbi maşınları belə ataşə tutublar. Bunu yalnız faşistlər və ermənilərin etdiyini bildirən Elnur Tofiq, bundan sonrakı mərhələdə isə ermənilərə beynəlxalq təzyiqin vacib olduğunu qeyd edib və bununla mina xəritələrinin alınmasının mümkünlüyünü bildirib.

Tədbirin növbəti qonağı olan Ali Burak Ersemiz, Ermənistanı terror dövləti adlandırıb və onları PKK ilə müqayisə edib. Bundan sonra isə o, Ermənistana qarşı beynəlxalq təziqlərin daha da artırılmasının vacibliyini qeyd edib. Daha sonra söz alan “Fransa-Azərbaycan dialoqu Assosiasiyasının Rəhbəri” Günel Səfərova öz çıxışında ilk növbədə tədbir iştirakçılarını salamlayaraq, Azərbaycan xalqını qazandığımız qələbə münasibəti ilə təbrik edib. O, xaricdə yaşayan vətəndaşlar üçün səhəri müharibə xəbəri ilə açmağın çox ağır hiss olduğunu qeyd edib və xaricdə yaşamasına baxmayaraq, Azərbaycanın haqq səsin dünya ictimaiyyətinin o cümlədən, Fransanın diqqətinə çatdırmaq üçün əlindən gələni etdiyini vurğulayıb. O dəfələrlə Fransa prezidentinə, Parlament nümayəndələrinə və dini icma rəhbərlərinə məktublar ünvanladığını, müraciətlər etdiyini bildirib. Anadolu Ajansının Fransa müxbiri Ümit Dönməz isə xarici diasporların işini daha da genişləndirməsinin, eyni zamanda Fransa parlamentində təmsil olunmağın vacibliyini qeyd edib. Bunun bizim gələcək fəaliyyətimizə böyük töhvə verəcəyini deyib.

Mühariba iştirakçısı olan Rada Abbas isə çıxışında Azərbaycanın gələcəyinin əmin əllərdə olduğunu bildirib və bunun üçün çox sevindiyini qeyd edib. Qarabağ zəfəri isə türkün gücünə güc qatdığını və türk dünyasının dünyaya hökm edəcəyini fəxarət hissi ilə vurğulayıb. Sonda “Şuşa bəyanməsinə” toxunan xanım spiker, Şuşanın Türk dünyası üçün Ankara və Bakı qədər önəmli olduğunu deyib.

“İnternational Azerbaijani Ladies Club” rəhbəri, Kamalia Ceylinova, soykökümüzü dərindən bilməyin vacib olduğunu və yetişən nəslin bu ruhda tərbiyə edilməsinin əhəmiyyətindən danışıb.

“Bütün dünya üzərimizə gəlsə belə vətənimizi müdafiə edib və haqq sözümüzü hər zaman dünya ictimaiyyətinə çatdıracağam”- ifadəsi ilə yekunlaşdırıb.

Tədbirin sonunda AGP-nin sədri Fariz Vəliyev tədbir iştirakçılarına öz təşəkkürünü bildirib və belə layihələrin davamlı olacağını vurğulayıb.